Sumqayıtda silahlı cinayət hadisəsi baş verib . Hadisənin münaqişə zəminində ailəyə yaxın şəxs tərəfindən törədildiyi müəyyən edilib. Hazırda onun saxlanılması istiqamətində iş aparılır.
Silahlı adam Corat bağlarında evə girərək Dağbəyi Fərəcovu və onun qızı Suzana Karakaşı güllələyərək öldürüb. Suzananın həyat yoldaşı Serkan Karakaş və anası Tərlan Fərəcova da güllə yarası alıblar.
Bundan əlavə, qonşuları, sahə müvəkkili Etibar Sarıyev və atası Mehman Sarıyev də səs-küyə çıxaraq köməyə gəliblər. Bu zaman onlar da müxtəlif dərəcəli güllə xəsarətləri alıblar.
Sumqayıt Tibb Mərkəzindən aldığımız məlumata görə, xəstəxanaya gətirilənlərdən Türkiyə vətəndaşı, 38 yaşlı Serkan Karakaş əməliyyat olunub, vəziyyəti ağırdır . 63 yaşlı Tərlan Fərəcova və 65 yaşlı Mehman Sarıyev də reanimasiya şöbəsinə yerləşdiriliblər və əməliyyat olunublar. Vəziyyətləri kafi qiymətləndirilir. 33 yaşlı Etibar Sarıyev isə travmatologiya şöbəsində müalicə alır. Vəziyyəti qənaətbəxşdir.
Qeyd edək ki, Dağbəyi Fərəcov sahibkardır və kafe işlədir.
Azərbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə






.jpg)










.jpg)
















.jpg)


















