Rusiyanın Sankt-Peterburq şəhərinin mərkəzində Özbəkistan vətəndaşları qadına görə dava edib. Bu barədə kun.uz Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinə istinadən xəbər verir.
Məlumata görə Dostoyevski küçəsində kütləvi dava olub. “Kattakurqan” kafesinin yaxınlığında münaqişə baş verməsi xəbərini alan polis ora gedib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları 23-42 yaşlarında olan 12 Özbəkistan vətəndaşını, o cümlədən bərbər işləyən 34 yaşlı qadını daxili işlər şöbəsinə gətiriblər. Məlum olub ki, məhz ona görə küçədə dava düşüb. Nəticədə 2 nəfər qapalı kəllə-beyin travması, beyin silkələnməsi və çoxsaylı qançır xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Saxlanılan şəxslərə qarşı immiqrasiya qanunvericiliyinin pozulmasına görə 6, xırda xuliqanlığa görə 8 protokolun tərtib edildiyi bildirilir. Bundan başqa, yoxlamanın nəticələrinə əsasən cinayət işi başlanıb. Münaqişənin dörd iştirakçısı xuliqanlıqda şübhəli bilinir.
Azərbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə







.jpg)










.jpg)
















.jpg)

















