Elnarənin atasının qətli ilə bağlı məhkəmə təxirə salınıb

Elnarənin atasının qətli ilə bağlı məhkəmə  təxirə salınıb

Rəssam-modelyer Elnarə Bəkirovanın atasını öldürüb quyuya atmaqda ittiham olunan Mustafa Zeynalov və Namiq Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Şəxsi məlumatlardan bilinib ki, təqsirləndirilən şəxslər hər ikisi ali təhsillidir.

Mustafa Zeynalov uzun illər polis orqanlarında işləyib. O, 20 il əvvəl rüşvət almaqda təqsirli bilinərək 5 il azadlıqdan məhrum edilib. Sonradan təqaüdə çıxana qədər şirkətdə hüquqşünas işləyib.

Namiq Əliyev isə bankda şöbə rəhbəri çalışıb, dəfələrlə dövlət qurumlarına fərdi layihələr verib.

İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində mərhum şəxsin qızı Elnarə Bəkirova tanınıb. E.Bəkirova hakimdən icazə olaraq qısa müraciət edib:

“Çox xahiş edirəm, atamı qətlə yetirən bu iki şəxsə layiqli cəza verilsin”.

Təqsirləndirilən şəxslər fərdi qaydada vəkillərinin məhkəmədə iştirak etməsini istəyiblər.

Proses bu səbəbdən 2 noyabra kimi təxirə salınıb.

Qeyd edək ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

İttihama görə, 69 yaşlı Kamran Bəkirov pula görə öldürülüb. Araşdırma nəticəsində təqsirləndirilən şəxslərin hadisəni törətdikdən sonra külli miqdarda pul ələ keçirdikləri müəyən edilib. Mustafa Zeynalov və Namiq Əliyevə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.11 (bir qrup şəxs tərəfindən başqa cinayəti gizlətmək və quldurluqla əlaqədar xüsusi amansızlıqla adam öldürmə), 181.3.2 və 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələrilə yekun ittiham verilib.

“Qafqazinfo"

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az