İki isveçlini güllələyən Tunis vətəndaşı həbs zamanı öldürülüb, onun şəxsiyyəti rəsmən müəyyənləşib. Bu barədə Belçika Daxili İşlər Nazirliyinin rəhbəri Annelies Verlinden məlumat verib. Məlumatı Federal Prokurorluq da təsdiqləyib.
Federal prokurorluq daha sonra bu səhər baş verən hadisələrlə bağlı aşağıdakı kommünike yayıb:
"Bu gün səhər saat səkkizdən dərhal sonra bir şahid Brüssel polisinə bildirib ki, o, şübhəli şəxsi Şerbekdəki kafedə görüb. Polis hadisə yerinə gəlib və həbs əməliyyatı zamanı şübhəli güllələnib.
Hadisə yerinə təcili tibbi yardım da gəlib və şübhəlını reanimasiya etməyə cəhd edib. O, xəstəxanaya aparılıb və orada saat 9.38-da ölümü təsdiqlənib. Bardan hərbi silahlar və bir çanta paltar tapılıb.
Atışma hadisəsi Brüssel prokurorluğu tərəfindən araşdırılır. İstintaqın maraqları baxımından əlavə təfərrüat və ya məlumat verilə bilməz”.
"X" sosial şəbəkəsində (keçmiş Twitter) Belçikanın baş naziri isveçli həmkarı Ulf Kristerssona "Brüsseldə İsveç vətəndaşlarına qorxaqcasına hücum" ilə bağlı başsağlığı verib. O, “terrora qarşı mübarizədə” birliyə çağırıb.
Avropa Komissiyasının sədri və Fransa prezidenti də başsağlığı verib.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































