Atışma bir sıra Avropa ölkələrində gərginliyi artıran İsrail-Həmas müharibəsi ilə əlaqəli sayıqlığın artdığı bir vaxta təsadüf edir.
Brüsselin mərkəzində baş verən atışmada iki isveçli həlak olub. Polis bildirib ki, Belçikanın baş naziri və Nazirlər Kabinetinin yüksək rütbəliləri fövqəladə iclas üçün böhran mərkəzinə getməyə məcbur olublar.
Atışmanın terrorizmlə, yoxsa İsrail-Həmas müharibəsi ilə bağlı beynəlxalq qalmaqalla əlaqəsi olduğu hələlik məlum deyil.
Mediada bir adamın silahdan istifadə edərək stansiya yaxınlığında bir neçə dəfə atəş açdığını göstərən həvəskar videolar yayımlanıb. Jurnalistlərlə danışmaq səlahiyyəti olmadığı üçün adının açıqlanmasını istəməyən polis rəsmisi bildirib ki, ölən iki nəfər isveçlidir.
Avropa çempionatının seçmə mərhələsi təxirə salınıb. Xatırladaq ki, İsveç milli futbol komandası təxminən hadisə yerindən beş kilometr aralıda yerləşən Heysel Stadionunda Belçika ilə qarşılaşmalı idi.
Belçika və İsveç arasında keçirilən futbol üzrə Avropa çempionatının seçmə oyunu Brüsseldəki hücumdan sonra yarımçıq qalıb.
Azərbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə







.jpg)










.jpg)
















.jpg)

















