Ötən həftə Filadelfiya Beynəlxalq Hava Limanında, dayanacaqda bir polis əməkdaşının ölümü və birinin yaralanması ilə nəticələnən atışma ilə bağlı həbslər edilib, bu barədə Filadelfiya polisi bildirib.
Atışma ötən cümə axşamı axşam saat 23 radələrində hava limanının qarajında baş verib.
Polis əməkdaşları Riçard Mendez və Raul Ortiz hava limanının qarajında bir qrup avtomobil oğrusu ilə qarşılaşdıqdan sonra güllələniblər .
Polisin bildirdiyinə görə, Mendez bədəninin yuxarı hissəsindən bir neçə güllə yarası alıb və daha sonra "Penn Presviterian tibb mərkəzində ölüb.
Ortiz qolundan güllə yarası alıb və şənbə günü səhər xəstəxanadan buraxılıb.
Müstəntiqlər həftə sonu Kensinqtonda oğurlanmış "Black Dodge Charger" maşınını tapıblar. Onlar avtomobilin atışma ilə bağlı olduğunu təsdiqləyiblər.
Cinayətkarların həbsi üçün mükafat həftə sonu 237,400 dollara qədər artırıldı.
Hələki həbs edilənlərin adı açıqlanmır.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































