"Əmrah Bank"ın Müşahidə Şurasının və "Amrah Sığorta"nın Direktorlar Şurasının üzvü Ülvi İldırımzadənin barəsində seçilən həbs qətimkan tədbiri dəyişdirilib.
Oxuməni.az yerli mətbuata istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsi müdafiəçinin vəsatətinə əsasən Ü.İldırımzadə barəsində həbs qətimkan tədbirini ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edib və o, həbsdən buraxılıb.
Qeyd edək ki, Ü.İldırımzadə xüsusilə külli miqdarda (500 min manatdan artıq) mənimsəmə, vəzifə saxtakarlığında ittiham edilir, o 2020-ci ildə həbs edilmişdi. Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarına əsasən, Əmrah Bank ASC-nin lisenziyası ləğv edilib.
Xatırladaq ki, Ü.İldırımzadə "Əmrah Bank"ın sahibi Yunis İldırımzadənin oğludur. Əmisi Yusif İldırımzadə isə uzun müdət prokuror vəzifəsində çalışıb, hazırda təqaüddədir.
Oxuməni.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















