Suraxanı rayonunun Bülbülə qəsəbə sakini olan bir nəfərin evindən oğurluq edilib.
Oxuməni.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, zərərçəkən ərazi üzrə Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə bu barədə məlumat verərək mənzilindən 7 min manat dəyərində televizorun, kombi aparatının və digər məişət əşyalarının oğurlandığını bildirib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxslər – Sadiq Şəfiyev, Elşən Məmmədov, Canəli Mustafayev, Kəmalə Mustafayeva, Habil Nağıyev və Həsən Abbasov bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıblar. Onların Suraxanı, eləcə də paytaxtda və respublikanın digər rayonlarında ümumilikdə 30-dan çox evdən əsasən məişət əşyaları oğurladıqları məlum olub.
Faktlarla bağlı 31-ci polis bölməsində toplanan materiallar Suraxanı Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Dəstə üzvlərinin paytaxt ərazisində digər analoji cinayətlər etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə Daxili İşlər Nazirliyinin 102 - zəng mərkəzinə məlumat verə bilərlər.
Zaur
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































