Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 19 saylı regional ərazi filialının əməkdaşı İsmayılov Həsənağa İsmayıl oğlunun qanunsuz hərəkətləri barədə vətəndaşın müraciəti əsasında Şəmkir rayon prokurorluğunda araşdırma aparılıb.
Oxuməni.az-a DİN Mətbuat Xidmətindən verilən məlumata görə, aparılmış araşdırmalarla ƏƏSMN-nin tabeliyində DSMF publik hüquqi şəxsin 19 saylı regional ərazi filialının Sosial sığorta sektorunun baş məsləhətçisi işləmiş İsmayılov Həsənağa İsmayıl oğlunun Şəmkir rayonu, Bayramlı kənd sakini Məmmədova Aynurə Vahid qızına ünvanlı sosial yardım düzəldərək əvvəlcədən aralarında razılaşdıqları kimi təyin edilmiş ünvanlı sosial yardımın 6 aylıq ödənişi miqdarında olan 1200 manat pulu hissə-hissə olmaqla rüşvət almasına əsaslı şübhələr müəyyən edilmişdir. Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanmışdır. Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Zaur
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































