Azərbaycan Ordusunun sabiq birlik komandiri general-mayor Xəqani Cəbrayılovun biznesinin siyahısı üzə çıxıb.
Oxuməni.az Demokrat.az-a istinadən xəbər verir ki, sabiq birlik komandirinin Sumqayıt və Xızı ərazilərində böyük fermaları, restoran və kafeləri fəaliyyət göstərir.
Xəqani Cəbrayılovun bizə məlum olan biznes siyahısını oxuculara təqdim edirik:
— Sumqayıt şəhərində restoran, kafe və marketləri;
— Bakı-Quba yolunun Xızı rayonu ərazisindən keçən hissəsində restoran;
— Xızı rayonunun Şorabad kəndi və Yaşma qəsəbəsi ərazilərində hektarlarla sahəni əhatə edən donuz ferması;
— Xızı rayonunun Altıağac qəsəbəsi ərazisində torpaq sahələri və istirahət mərkəzi;
— Xızı rayonu ərazisində heyvandarlıq təsərrüfatı.
Xəqani Cəbrayılovun ölkə xaricində də biznesinin olduğu haqda məlumatlar var.
Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycan Ordusunun birlik komandirləri general-leytenant Rövşən Əkbərov və general-mayor Xəqani Cəbrayılov vəzifələrindən azad ediliblər.
Bu barədə Müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.
Onu da bildirək ki, Xəqani Cəbrayılov Orduda general-leytenant Rövşən Əkbərovun yaxın adamı kimi tanınır.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































