Rusiyada təqaüdçü kişilərlə evlənib onların əmlakını ələ keçirən qadının cinayət işi məhkəməyə göndərilib.
Oxuməni.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 53 yaşlı qadın 11 təqaüdçü ilə ailə qurub, onların əmlakını ələ keçirməkdə təqsirli bilinir.
İstintaq zamanı müəyyən edilib ki, daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan 53 yaşlı qadın öz qızları ilə birlikdə tənha kişi axtarışına çıxıblar. Qadın həmin kişilərə ərə gedib, qızları isə həmin kişilərin etibarını qazanaraq onlardan vərəsəlik hüququ alıb və Armavir, Krasnodar, Soçidə torpaq sahələrini, yaşayış evlərini satıblar. İstintaqla o da müəyyən edilib ki, 2013-2019-cu illərdə həmin qadın 12 tənha kişi ilə ailə qurub. Həmin kişilərdən 11-i ailə qurduqdan bir müddət sonra ölüb. Ümumilikdə zərərçəkənlərə dəyən zərərin miqdarı 21,7 milyon rubl təşkil edir.
Sözügedən cinayət işinin istintaqı başa çatıb. İş baxılması üçün məhkəməyə göndərilib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































