Dəfələrlə Space telekanalının əməkdaşlarının dələduzluğu haqqında mətbuatda məlumatlar yayılıb. Kanalın proqram departamentinin keçmiş rəhbəri Tamara Məmmədova ilə digər keçmiş işçisi, yüzdən çox insandan pul alıb sonda ölkədən qaçan Vüqar Ağayevlə bağlı qalmaqallar olub, hətta iş məhkəməyə qədər gedib çıxıb.
Oxuməni.az cumhuriiet.az-a istinadən xəbər verir ki, amma bu işçilər " keşmiş" olsa da, telekanala məxsus bu ənənə heç də keçib getməyib. Estafet olaraq başqa işçilərə ötürülüb. Nəticədə kanalda dələduzluqla məşğul olmaq adi hala çevrilib.
Belə ki, bu yaxınlarda kanalın "ağsaqqalı", təsərrüffat işləri üzrə müdir Ziya Bayramovun da həmin "gizli məşğuliyyətin" fəal üzvü olduğu aşkarlanıb. Məlumdur ki, sözügedən telekanalın işçiləri aylarla maaş almırlar, onlar Space TV-dən getmək üçün daha qarantiyalı iş sorağındadırlar. Bunu gözəl bilən Ziya müəllim bir-bir işçilərə yaxınlaşaraq daha "pullu" iş təklif edir, sonra da onları guya bu məsələdə mahir olan Rasim adlı bir şəxslə tanış edir. Rasim həmin şəxsləri güvənilir dövlət işi tapacağı adıyla həvəsləndirib, bəri başdan iki min manat məbləğində pul alır.
Tamaşa isə bundan sonra başlayır. Rasim yoxa çıxır, Ziya isə zərərçəkəni "ehtiyatsız edib pul verməkdə" günahlandıraraq yaxasını qırağa çəkir. Nəticədə onun Rasimlə birgə qurduğu tora düşən çarəsiz insanların sayı artır. Oxşar hadisə bu yaxınlarda Space telekanalında işdən azad edilmiş "El bizim, sirr bizim" verilişinin keçmiş prodessoru Səbuhi Musayevin başına da gəlib. Səbuhi Musayev redaksiyamıza-cumhuriyyet.az-a müraciət edərək, başına gələn hadisəni danışıb. Ziyanın onu Rasimlə necə tanış etməsini, Rasimin işə düzəltmək adıyla ondan iki min manat pulu alaraq necə yoxa çıxmasını detallarıyla danışıb:
"Əlimdə həm Rasimin, həm də Ziyanın faktı təsdiq edən səs yazıları var. Lazım olsa, bu faktları həm sizə, həm də məhkəməyə təqdim etməyə hazıram".
Nə deyək, vallah yaxşı tamaşadı, rejissorlarına bərəkallah. Ola bilsin, Vaqif Mustafayev işçilərinə vicdanla işləmək əvəzinə yaxşı "Yaramaz" filmi çəkməyi aşılayıb.
Oxuməni.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































