Dələduzluq etməkdə şübhəli bilinən şəxsləri polis əməkdaşları tərəfindən saxlanılıb.
Oxuməni.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə Zərdab rayon Dəliquşçu kənd sakini olan fermer ilə mobil telefon ilə əlaqə saxlayaraq onun yanında çoban işləyəcəyini vəd edərək vətəndaşdan dələduzluq yolu ilə 1 150 manat pul ələ keçirən şəxslər saxlanılıb.
Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəbrayıl Abbasov, əvəllər məhkum olunmuş Daşkəsən rayon Dəstəfur kənd sakini Elvin Mürsəlov və onun qardaşı Rahib Mürsəlovun əvvəlcədən əlbir olaraq müxtəlif fermerlərlə əlaqə saxlayaraq yanlarında çoban işləyəcəkləri, lakin hazırda işlədiyi fermere pul borclu olduqları üçün onlardan müəyyən miqdara pul aldıqları müəyyən edilib.
Həmin şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi işi cinayət işi başlanıb, hazırda həmin şəxslərin digər şəhər və rayonlarda anoloji cinayət törədib-törətməməsi istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Zaur
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















