Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin "Eko-Radar" bölməsinə Bakı-Quba magistral avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsindəki körpünün ətrafına tullantıların atılaraq qalaqlanması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.
Oxuməni.az xəbər verir ki, xidmətin rəsmisi Ramal Bağırov əraziyə keçirilən baxış zamanı tullantıların körpünün ətrafına və çaya atılaraq qalaqlandığı faktının təsdiqini tapdığını bildirib.
O qeyd edib ki, faktla bağlı akt və protokol tərtib olunub:
"Ərazidə tullantıların idarə olunmasına cavabdeh olan Şabran rayon Yaşıllıq və Təmizlik idarəsinin rəisi Cəfər Cəfərov vəzifəli şəxs qismində 2 500 manat məbləğində cərimə edilib. Nazirliyin yerli qurumunun əməkdaşlarının nəzarəti ilə ərazi Yaşıllıq və Təmizlik idarəsinin işçiləri tərəfindən tullantılardan təmizlənib. Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə idarəyə məcburi göstəriş verilib".
Oxuməni.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















