Yevlaxda narkotik alqı-satqısı ilə məşğul olan dəstə saxlanıldı

Yevlaxda narkotik alqı-satqısı ilə məşğul olan dəstə saxlanıldı

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Oxuməni.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib ki, əldə edilən məlumat əsasında Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri qanunsuz olaraq daşımasında şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum edilmiş Mətləb Şükürov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı onun üzərindən 5 qramdan artıq güclü təsiredici xassəyə malik heroin aşkar edilərək götürülüb.

Araşdırmalarla M.Şükürovun ondan aşkar edilən narkotik vasitəni Yevlax rayon sakini, əvvəllər Rusiya Federasiyasında məhkumluq həyatı yaşamış Aqil Əsgərov ilə birlikdə satış məqsədi ilə əldə edib saxladıqları müəyyən edilib.
Davam etdirilən genişmiqyaslı əməliyyat-axtarış tədbirlərinin davamı olaraq narkotik vasitənin mənbəyi də polis əməkdaşları tərəfindən müəyyən edilib. Belə ki, M.Şükürov və A.Əsgərovun satış məqsədi ilə əldə etdikləri narkotik vasitəni Yevlax rayon sakini Fərid Həmidov vasitəsi ilə digər rayon sakini, əvvəllər Rusiya Federasiyasında məhkumluq həyatı yaşamış Feruz Mustafayevdən 150 manat pul müqabilində aldıqları məlum olub. F.Mustafayevin üzərinə baxış keçirilərkən ondan satış məqsədi ilə qablaşdırdığı heroin və marixuana da aşkar edilərək götürülüb.

Faktla bağlı Yevlax RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adı hallanan 4 nəfər şəxs şübhəli qismində tutulub

Zaur

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az