Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şiştəpə kəndində oğurluq edən şəxs saxlanılıb.
Oxuməni.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Şəmkir rayon sakini, 23 yaşlı Elşən Həsənov ötən ilin dekabr ayının 28-də yaşadığı Şiştəpə kəndində, bibisinə məxsus fərdi yaşayış evinə qanunsuz olaraq daxil olub və oradan 1 500 manat dəyərində qızıl-zinət əşyalarını gizli talayaraq oğurlayıb.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində E.Həsənovun cari ilin yanvar ayında da eyni ünvandan 1 800 manat nağd pul və 7 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması, daha sonra isə cinayət izlərini itirərək məsuliyyətdən yaxa qurtarmaq üçün fərdi yaşayış evini yandırmaq istəməsi məlum olub.
Şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib. Dindirilmə zamanı E.Həsənov törətdiyi oğurluq hadisəsini etiraf edərək oğurladığı əşyaları lombarda girov qoyduğunu və əldə etdiyi pulları xərclədiyini bildirib.
Faktla bağlı araşdırma aparılır.
Zaur
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə.jpg)








.jpg)










.jpg)
















.jpg)
















