Ev sahibindən qaçan oğru gölməçəyə tullanıb və boğulub

Ev sahibindən qaçan oğru gölməçəyə tullanıb və boğulub

Cinayətkarın növbəti oğurluq etmək cəhdi faciə ilə bitib: Evin sahibindən qaçan oğru gölməçəyə tullanıb və boğularaq ölüb.

Oxuməni.az xəbər verir ki, hadisə y Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib.

Yerli sakin Q.Əsgərov "102" xidmətinə zəng vuraraq naməlum şəxsin onun evindən oğurluq etməyə çalışdığını söyləyib. Evin sahibi oğrunu pəncərənin barmaqlıqlarını qırmaq istəyərkən görüb. Q.Əsgərov oğrunun gödəkçəsindən tutsa da, o, ev sahibinin əlindən çıxaraq qaçmağı bacarıb. Qamışlıqda gizlənmək istəyən oğru gölməçəyə tullanıb, lakin oradan çıxa bilməyib.

Q.Əsgərov "112" xidməti ilə əlaqə saxlayaraq, boğulan adama kömək etmələrini istəyib. Tezliklə hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gənc oğlanın cəsədini sudan çıxarıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları bildiriblər ki, boğulan şəxsin şəxsiyyəti artıq müəyyənləşib, o, əvvəllər də oğurluq əməlinə görə həbsə məhkum olunmuş 1995-ci il təvəllüdlü Murad Səfərovdur.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə söhbət əsnasında ev sahibi Q.Əsgərov oğrunu döymək niyyətində olmadığını, onu yalnız polisə təslim etmək istədiyini deyib.

Faktla bağlı araşdırma aparılır.

Oxuməni.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az