Paytaxtda iki bıçaqlanma hadisəsi olub

Paytaxtda iki bıçaqlanma hadisəsi olub

Paytaxtda iki bıçaqlanma hadisəsi olub.

Oxuməni.az xəbər verir ki, hər iki hadisə Binəqədi rayonunda qeydə alınıb.

Əvvəlcə Çiçək qəsəbəsində 1976-cı il təvəllüdlü Səlimli Amil Mülayim oğlu tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin sol tərəfinin daxilə nüfuz edən yarası və sol baldırın kəsilmiş-deşilmiş yaraları diaqnozları qoyulub.

İkinci hadisədə 1991-ci il təvəllüdlü Bayramov Elməddin Qardaş oğlu qarın boşluğundan bıçaq yarası alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Onun kim tərəfindən və nəyə görə bıçaqlandığı hələlik məlum deyil.

Hər iki hadisənin təfərrüatı araşdırılır.

Zaur

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az