Yevlax rayonunda dələduzluq hadisəsi baş verib.
Oxuməni.az DİN Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Yevlax rayon sakinləri Elmira Sadıqova və qardaşı Əkbər İsmayılova məxsus pulun Paşayev Fərman Məhəmmədəli oğlu tərəfindən mənimsənilməsinə əsaslı şübhələr olub. Ona görə də Yevlax rayon prokurorluğunda adı çəkilən şəxsə qarşı Cinayət Məcəlləsinin 179.2.4-cü (mənimsəmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.
Belə ki, ibtidai istintaqla Yevlax şəhər sakini 1973-cü il təvəllüdlü Fərman Paşayevin Elmira Sadıqovaya məxsus 11 min manat pulu və təkrarən Əkbər İsmayılova aid 81 min 900 manat məbləğində pulu onların etibarından istifadə edərək dələduzluq yolu ilə qəsdən ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Cinayət işi üzrə Fərman Paşayevin əməli Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsinə tövsif edilərək həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək cinayət işi istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə Yevlax rayon Polis Şöbəsinə göndərilmişdir.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Zaur
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































