Rakeş Sinqh adlı jurnalist 3 naməlum şəxs tərəfindən vəhşicəsinə yandırılıb

Rakeş Sinqh adlı jurnalist 3 naməlum şəxs tərəfindən  vəhşicəsinə yandırılıb

Hindistanın Uttar Pradeş ştatının Balrampur şəhərində Rakeş Sinqh adlı jurnalist 3 naməlum şəxs tərəfindən diri-diri yandırılaraq öldürülüb.

Oxuməni.az xəbər verir ki, məlumatı Türkiyənin NTV telekanalı yayıb. R.Sinqh yerli məmurların qanunsuz fəaliyyətindən, rüşvətxorluq və korrupsiya əməllərindən yazdığı üçün bu hücuma məruz qalıb.

Polisin məlumatına görə, hücum edənlərdən biri günəş batereyalarının quraşdırılması ilə məşğul olan Suşila Devinin oğlu Keşvanand Mişradır. Cinayəti törətməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb.

Qeyd edək ki, Rakeş Sinqh bu il Hindistanda peşə fəaliyyətinə görə Moses, Paraq Bhuyan və Şubham Tripasidən sonra öldürülən 4-cü jurnalistdir.

Oxuməni.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az