Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar davam etdirilir.
Bu barədə Oxuməni.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş Sumqayıt şəhər sakini Rza Quliyev saxlanılıb. Onun üzərinə baxış zamanı 6 qram qurudulmuş marixuana, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən evinə baxış zamanı isə 1 kiloqrama yaxın marixuana, 46 qram həşiş, satışı qadağan edilən 10 ədəd tramadol həbi, 1 ədəd elektron tərəzi, həmçinin müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngi, 35 ədəd patron və 1 ədəd süngü bıçağı aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində yaşadığı ərazidə narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib.
Baş İdarə əməkdaşları tərəfindən Abşeron rayonunda keçirilən əməliyyat zamanı isə rayon sakini Elnur İbrahimov tutulub. Onun üzərinə baxış zamanı 1 kiloqram 10 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Elnur İbrahimov ifadəsində şəxsiyyəti məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə sosial şəbəkələrdə tanış olduğunu və onun ölkəmizə göndərdiyi narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyini etiraf edib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslərin hər biri tutularaq istintaqa təqdim olunublar. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Zaur
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































