Bu ilin avqust ayının 19-da Antalyada otellərin birində qətlə yetirilən Azərbaycanlı "qanuni oğru", kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun ölümünə görə daha iki nəfər həbs edilib.
Oxuməni.az xəbər verir ki, bu barədə İstanbul Təhlükəsizlik Müdirliyi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi məlumat yayıb. Məlumatda bildirilir ki, saxlanılanların hər ikisi Azərbaycan vətəndaşı A.M. və R.G.-dır. Onlar oktyabrın 29-da Bakıdan İstanbul Hava Limanına və buradan da Ukraynaya getmək istəyiblər. Polis hava limanında hər iki şəxsi saxlayıb və onlar həbs olunublar.
Qeyd edək ki, A.M. və R.G. Nadir Səlifovun ölümündən bir neçə gün əvvəl onu qətlə yetirən 25 yaşlı Xan Əhmədlinski (Xəqan Zeynalov) ilə 26 yaşlı Əmir Əhmədli ilə otellərin birində görüşüblər. "Lotu Quli" qətlə yetirilən gün isə onlar Türkiyəni tərk ediblər. İstanbul Təhlükəsizlik Müdirliyi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi apardığı araşdırmaya görə hər iki şəxs Nadir Səlifovun qətlinin sifarişçiləri olub.
Zaur
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































