Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
24 Aprel 12:01
Abşeron rayonunda mənzil və aptekdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Oxuməni.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il yanvarın 11-dən martın 27-dək olan müddətdə rayon ərazisindəki evdən 1910 manat dəyərində qızıl-zinət əşyaları və aptekdən 743 manat pul oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini, əvvəllər məhkum olunmuş O.Ağayev saxlanılıb.
Faktla bağlı araşdırılmalar davam etdirilir.
Oxuməni.az