Rusiyanin Çelyabinks şəhərindən olan 90 yaşlı nənə heroin saxlamaq və narkokuryerlər şəbəkəsini idarə etmək ittihamı ilə nəzarətə alınıb.
Oxuməni.az Rusiya mətbuatına istinadla xəbər verir ki, təqaüdçü qadın narkotik satışını köməkçilərinin vasitəsi ilə həyata keçirib. Onlardan birinin tutulmasından sonra yaşlı qadının izinə düşmək mümkün olub.
Bildirilir ki, nənə alıcıya narkotik satandan sonra ələ keçib. O, evinin yanında mikroavtobusdan düşərkən polislər tərəfindən saxlanılıb.
Qadın əvvəlcə hər şeyi inkar edib. Elə hüquq mühafizəçilər də araşdırma apararkən onun üzərindən dərhal narkotik aşkarlaya bilməyiblər. Lakin sonradan məlum olub ki, heroini o, alt paltarında gizlədibmiş.
Təqaüdçü ilə bağlı məhkəmə ev dustaqlığı növündə qabaqlayıcı tədbir seçib.
Qeyd edək ki, Rusiya qanununlarına görə, narkotik maddələrin geniş miqyasda satılmasına 10 ildən 20 ilədək həbs cəzası nəzərdə tutulub.
Oxuməni.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































