Gürcü əsilli qanuni oğru Kaxaber Parpaliya (Kaxa Qalski) dünyasını dəyişib.
Oxuməni.az xəbər verir ki, rəsmi məlumatlarda onun ölüm səbəbi insult keçirməsi ilə izah edilir. Lakin Rusiya KİV-ləri yazır ki, bir neçə gün əvvəl 45 yaşlı Kaxa Parpaliya Federal Penitensiar Xidmətin Omsk vilayətindəki idarəyə gətirilib. Qanuni oğru orada döyülərək öldürülüb.
Kaxa Qalski hazırda Rusiyada həbsxanada olan qanuni oğru Zaxari Kalaşovun (Şakro Molodoy) yaxın ətrafına daxil olan kriminalitet kimi tanınırdı. Onun kriminal iyerarxiyanın ən yüksək tituluna layiq görülməsində də Şakro Molodoyun rolunun olduğu deyilir. Kaxa Parpaliya digər qanuni oğrular kimi uzun müddətli həbs həyatı yaşamasa da, kriminal dünyada kifayət qədər nüfuzu olub. Hətta bir müddət Qafqaz klanının lideri kimi tanınıb.
Onun Türkiyədə qətlə yetirilən azərbaycanlı qanuni oğru Nadir Səlifovla (Lotu Quli) münasibətləri o qədər də yaxşı olmayıb. Parpaliya da himayədarı Şakro Molodoy kimi da kifayət qədər nüfuz sahibi olan Lotu Qulini özünə rəqib görüb.
Oxuməni.az
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var




















































