Biri 13, digəri 12 il müddətinə həbs edildi
8 Sentyabr 08:07
Paytaxtın Nəsimi rayonunda soyğunçuluqla məşğul olan şəxs yaxalanıb.
Oxuməni.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis şöbəsinə sentyabrın 12-də saat 23 radələrində rayon ərazisindəki parkların birində Bakı şəhər sakini olan bir azyaşlının mobil telefonunun açıq talama yolu ilə əlindən alınması barədə müraciət daxil olub.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini İ.Babayev müəyyənləşdirilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı təhqiqat aparılır.
Oxuməni.az