Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
24 Aprel 12:01
Paytaxtın Binəqədi və Nərimanov rayonlarında oğurluqla məşğul olan şəxslər tutulublar.
Oxuməni.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, avqustun 11-də Binəqədi rayonunun ərazisində bir avtomobildən 150 manat məbləğində pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İ.Rəsulov Rayon Polis İdarəsinin 43-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsinin əməkdaşları isə avqustun 11-də E.Məmmədovun içərisində 600 manat, hesabında 546 manat olan bank kartı və sənədlərin olduğu pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini T.Talıbzadəni yaxalayıblar.
Hər iki faktla bağlı araşdırma aparılır.
Zaur
Oxuməni.az