Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirləndirilən Əsgər Mehdiyev, Elçin Quliyev və Zaur Aslanovun cinayət işi üzrə proses başlayıb.
Oxuməni.az xəbər verir ki, cinayət işinə hakim Fikrət Qəribovun sədrlik etdiyi kollegiya baxır.
Qeyd edək ki, hadisə bu ilin mart ayında baş verib.
Binəqədi şosesində saat 12:40 radələrində üç gənc oğlan 34 yaşlı Gülnarə Məmmədovanı zorla "Mercedes" markalı avtomobilə mindiriblər.
Binəqədi rayonu 6-cı Polis Bölməsi və Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları qız qaçıran şəxsləri - Ağdam rayon sakinləri 37 yaşlı Zaur Aslanov, 28 yaşlı Əsgər Mehdiyev və 33 yaşlı Elçin Quliyevi saxlayıblar.
Onlar qızı Ağdam rayonuna aparmağı planlaşdırıblar, lakin Dövlət Yol Polisinin Nəvai postunda əməliyyatçılar tərəfindən tutulublar.
Hər üç şəxsə Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindənadam oğurluğu) maddəsi ilə ittiham verilib.
Zaur
Oxuməni.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































