Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.
Oxuməni.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və ona bilavasitə tabel olan Qərb Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Bakı şəhər sakinləri Nisə Vəlizadə və Elmar Piri saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, N.Vəlizadə İran İslam Respublikasının vətəndaşı olan Sabir adlı şəxsin göndərdiyi narkotik vasitəni E.Piridən xahiş edib. Sonuncu hələlik istintaqa məlum olmayan qadının şəhər ərazisində gizlətdiyi narkotik vasitəni götürərək Nisə Vəlizadəyə verən zaman polis əməkdaşları tərəfindən saxlanılıblar.
Onların üzərinə keçirilən baxş zamanı N.Vəlizadənin əlindəki sellofan torbadan 1 kq 700 qram narkotik vasitə olan heroin və 1 kq 300 qram tiryək aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub.
Faktla bağlı araşdırma aparılır.
Zaur
Oxuməni.az
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var




















































