Saxta pul hazırlayan şəxslər həbs edilib

Saxta pul hazırlayan şəxslər həbs edilib

Bakıda saxta pul hazırlayan şəxslər aşkarlanıb.

Oxuməni.az xəbər verir ki, hadisə avqustun 21-də Yasamal rayonu, B.Məcidov küçəsində yerləşən mağazada baş verib. Həmin mağazadan telefon almaq üçün 5 ədəd 50 manatlıq saxta əskinas, avqustun 23-də Nəsimi rayonu 20 Yanvar küçəsində dönər evindən 1 ədəd 50 manat saxta əskinas verilməsi ilə bağlı polisə məlumat daxil olub.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əskinas dövriyyə buraxmaqda şübhəli bilinən Yasamal rayon ərazisində kirayə yaşayanlar - 1992-ci il təvəllüdlü Xaləddin Məmmədov və pulları hazırlayan əvvəllər məhkum olunan, 1991-ci il təvəllüdlü Rəşad Hacıyev tutulub.

Onların yaşadığı mənzildən saxta pul hazırlayan çap vasitələri və X.Məmmədovdan 8 ədəd saxta 50 manatlıq əskinaslar götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxuməni.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.10

2026.09.09

2026.09.08

2026.09.07

Tuğba Ekinci saxlanıldı Tuğba Ekinci saxlanıldı 7 Sentyabr 14:45

2026.09.06

2026.09.05

2026.09.04

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az