Bu gün gecə saatlarında Antalyada qətlə yetirilən Lotu Qulinin ölümü ilə bağlı şok bir detal diqqəti cəlb edir.
Oxuməni.az xəbər verir ki, Qulinin mərhum qanuni oğru Rövşən Lənkəranskinin qətlinin (18 avqust 2016-cı) ildönümündən bir gün sonra öldürülməsi bu hadisənin Rövşənin qisası olması haqda fikir yaradıb.
Qeyd edək ki, mərhum qanuni oğru Rövşən Lənkəranski 2016-cı il avqustun 18-də İstanbulda qətlə yetirilmişdi.
Kriminal aləmdə Lotu Quli ilə Rövşən Lənkəranskinin əzəli rəqib olduğu deyilirdi.
Qulinin ölümü ilə bağlı diqqət çəkən bir digər məqam da həmin tarixdə, daha doğrusu, avqustun 18-də daha bir azərbaycanlı kriminal avtoritetin "Qoca Yasamalski" ləqəbli Əlibala Həmidovun öldürülməsidir.
Kriminal aləmin 3 nüfuzlu siması – Rövşən Lənkəranski, Qoca Yasamalski və Lotu Qulinin təxminən eyni tarixlərdə (18-19 avqust) qətlə yetirilməsi təsadüfi hesab edilmir.
Xatırladaq ki, Əlibala Həmidov 2013-cü ildə Türkiyədə qətlə yetirilib.
Oxuməni.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















