Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
24 Aprel 12:01
Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində İ.Qurbanovu döyüb 320 manat məbləğində pulunu, mobil telefonunu və sənədlərini quldurluq yolu ilə almaqda şübhəli bilinən rayon sakinləri Ə.Hüseynov, K.Alıyev, M.Əliyev və O.Sadıqov müəyyənləşdirilərək yaxalanıblar.
Oxuməni.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə F.Səmədovun avtomobilindən 400 manat məbləğində pul oğurlamaqda şübhəli bilinən Qəbələ rayon sakini A.Özbəkov saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Oxuməni.az