AzTV-də işdən çıxarılan 9 sürücü şirkətdən yanacaq oğurluğu edib. Bu, konkret faktlarla sübuta yetirilib. Hazırda AzTV bu barədə (8 nəfər haqqında) Səbail Rayon Polis İdarəsinə və (1 nəfər haqqında) Laçın Rayon Məhkəməsinə müraciət edib.
Oxuməni.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
"Bu gün ölkədə aparılan kütləvi təmizləmə və korrupsiyaya qarşı mübarizə fonunda həmin adamları işdə saxlamaq qanunu pozmaq deməkdir. Bəli, karantin dövründə kimisə işdən azad etməmək barədə dövlətin müraciəti və konkret göstərişləri var. Amma bu o demək deyil ki, kimsə çalışdığı iş yerindən oğurluq edə bilər. Özü də müraciətdə adları çəkilən bəzi sürücülər təxminən 1 il əvvəl də maşından yanacaq çəkdiklərinə görə əməkdaşlar tərəfindən tutulub. Amma izahatları alınaraq töhmət verilib və işə qaytarılıb. Lakin yenidən bu əmələ at atıblar. Hazırda iş üzrə araşdırma gedir və nəticə olan kimi AzTV bu barədə özü mediaya açıqlama verəcək", - şöbədən bildirilib.
Qeyd edək ki, mətbuatda AzTV-nin 9 sürücüsünün böhtan atılaraq işdən çıxarıldığını iddia etməsi və bununla bağlı I vitse-prezidentə müraciət ünvanlaması barədə məlumat yayılıb.
Oxuməni.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































