Almaniya polisi üçün Çində sifariş olunan 200 min respirator maskaya Banqkokda "əl qoyularaq" ABŞ-a göndərilib.
Mediainfo.az xəbər verir ki, bu barədə Almaniyanın "Tagesspiegel" qəzeti yazıb.
"Bunu müasir piratlıq aktı hesab edirik. Trans-Atlantik tərəfdaşlarla belə iş qurmazlar. Heç olmasa, pandemiya dövründə "Vəhşi Qərb metodları" işləməsin", – Berlinin daxili işlər üzrə senatoru Andreas Qeyzel deyib.
Nəşr yazır ki, Berlinin sifariş etdiyi tibbi maskalar Çində fəaliyyət göstərən ABŞ şirkətinin fabrikində hazırlanıb. Malların Banqkok hava limanında yenidən yüklənərək Almaniyaya hava yolu ilə çatdırılacağı ehtimal olunsa da, ABŞ onlara "əl qoyub". Qəzet ABŞ Prezidenti Donald Trampın son günlərdə dəfələrlə ölkədə maska qıtlığı yaşandığını da materiala əlavə edib.
Ancaq Ağ Ev tibbi maskaların qanunsuz müsadirə edilməsi ilə bağlı iddiaları rədd edib.
Mediainfo.az
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb



















































