Bakıda şadlıq evinin qarşısında qan tökülüb

Bakıda şadlıq evinin qarşısında qan tökülüb

Bakıda şadlıq evinin qarşısında 3 qardaş bıçaqlanıb.

Mediainfo.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "Tərlan" şadlıq sarayının qarşısında baş verib.

Hadisə nəticəsində şəhər sakinləri - 1995-ci il təvəllüdlü Röyal Abışov, qardaşları 1995-ci il təvəllüdü İmaməli Abışov, 1989-cu il təvəllüdlü Ramin Abışov müxtəlif növ bıçaq xəsarətləri alıblar.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sərxan Mahmudov saxlanılıb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az