Quba Rayon Polis Şöbəsinin əməkdaşları vətəndaşların etibarından istifadə edərək dələduzluq yolu ilə onların pullarını mənimsəyən rayonun Zizik kənd sakini 48 yaşlı Məmməd Mustafayevi saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Mediainfo.az-a verilən məlumata görə, ilkin dindirmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməllərini etiraf edib. Məlum olub ki, o, bir qadına rayon ərazisində torpaq sahəsi satacağı barədə yalan vədlər verərək, onun 30 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
Məmməd Mustafayevin ətrafında aparılan tədbirlərlə onun digər cinayətlərinin üstü də açılıb. Belə ki, M.Mustafayev müxtəlif vaxtlarda daha üç rayon sakinini eyni yolla aldadaraq, onların, ümumilikdə, 33 min manat pulunu dələduzluq yolu ilə mənimsəyib.
Məmməd Mustafayevin digər analoji cinayətlərdə iştirakı da istisna deyil.
Əgər bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə, həmçinin Quba Rayon Polis Şöbəsinə və ya şəhər telefonlarından 02333-5-35-11, 02333-5-43-02 nömrələri ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































