Bakıda "Rıjiy Tofiq" ləqəbli silahlı şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Mediainfo.az-a bildiriblər ki, Binəqədi Rayon Polis İdarəsi 43-cü Polis Bölməsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat və narkotik vasitə gəzdirən şəxsi saxlayıb. Belə ki, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə əvvəllər dəfələrlə məhkum olunmuş, "Rıjiy Tofiq" adı ilə tanınan paytaxt sakini Tofik Paşayev tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd "Makarov" konstruksiyalı atəşə yararlı tapança, həmin silaha məxsus 1 ədəd daraq, 5 ədəd patron və ümumi çəkisi 0,529 qram olan 1 büküm heroin aşkar edilərək götürülüb.
Faktla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa aidiyyəti üzrə polis idarə, şöbə və bölmələrinə müraciət edə bilərlər.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































