Naxçıvan sakini Adəm Abdullayev şəxsi mənfəətə görə öldürülüb.
Bu barədə Mediainfo.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Nurəddin Süleymanov küçəsində tikinti çuxurunda 1964-cü il təvəllüdlü Adəm Qibləli oğlu Abdullayevin yanmış cəsədi aşkar edilib. Cəsədin müayinəsi zamanı patoloq-anatomlar çoxlu sayda bıçaq yarası qeydə alıblar.
İsti izlərlə Gəncə sakini, əvvəllər Cinayət Məcəlləsinin 333-cü maddəsi (Hərbi hissəni icazəsiz tərk etmə) ilə məhkum edilmiş 1986-cı il təvəllüdlü Bayramov Hacı Tuqay Gündüz oğlu saxlanılıb.
İlkin məlumatlara görə, qətldən bir müddət əvvəl A.Abdullayev və T.Bayramov birlikdə spirtli içki qəbul ediblər. Buna görə, onlar yaxınlıqdakı apteklərin birindən tibbi spirt alıblar. Alkoqol qəbulundan sonra kişilər arasında münaqişə baş verib – sərxoş içki yoldaşları bir-birini təhqir etməyə başlayıblar. Nəticədə nizamsız həyat tərzi sürən T.Bayramov yoldaşını bıçaqlayıb. Daha sonra T.Bayramov meyiti çuxura qədər sürüyərək orada yandırıb.
İstintaq nəticəsində məlum olub ki, cinayət şəxsi mənfəət məqsədilə törədilib. Çünki T.Bayramov plastik butulkalar toplayaraq, onları A.Abdullayevə satmaqla pul qazanırmış. Alıcısının pulu olduğunu bilən T.Bayramov onu öldürməyi planlaşdırıb. Cinayət hadisəsindən sonra qatil qurbanından min manat və bank kartları oğurlayıb.
Cəsəddən qurtulmaq üçün T.Bayramov hələlik adı məlum olmayan qardaşına kömək üçün müraciət edib. Onlar birlikdə meyiti çuxura doğru sürüyərək orada yandırıblar. Cinayətin ikinci iştirakçısı da tutulub.
Faktla bağlı istintaq davam edir.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































