Bakıda qonaq ev sahibini amansızlıqla öldürdü

Bakıda qonaq ev sahibini amansızlıqla öldürdü

Bakıda dəhşətli qətl törətmiş şəxsin məhkəməsi başlayır.

Mediainfo.az xəbər verir ki, bu il iyunun 6-da Sabunçu rayonu Zabrat qəsəbəsində Coşqun Babaşovun qonaq getdiyi evin sahibi Qasımov Rəşid Hümmət oğlunu amansızlıqla öldürməsi faktı əsasında Cinayət Məcəlləsinin 120.2.4-cü(xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə açılan cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Telman Hüseynovun icraatına verilib.

Qeyd edək ki, C.Babaşov tanışına çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib və hadisə yerindən yayınsa da, Bərdə rayonu ərazisində saxlanılaraq istintaqa təhvil verilib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az