Ağsu rayon sakini Vüsal Əfəndiyev dünən həmyerlisi Vüsal İmanov tərəfindən rayonun Səməd Vurğun küçəsi 5 ünvanında maşınla qəsdən vurulduğunu iddia edib.
O, Mediainfo.az-a müraciətində qeyd edib ki, ötən gün günorta saat 4-də sözügedən şəxslə görüşüb, ona olan borcunun qaytarmasını istəyib: "Mənə 400 manat borcu var idi. Dünən görüşüb qaytarmalı idi. Ancaq bunun əvəzində 99 BU 003 "İnfiniti" markalı maşınıyla məni vurdu. Deyir ki, heç kəsi saymır. Hadisə törədib pulla məsələni həll edəcək. Şahidlərim də var. Özü də iki dəfə məhkumluq həyatı yaşayıb. Narkotik aludəçisidir. Bundan əvvəl də rayonda bir nəfəri maşınıyla qəsdən vurub. Hazırda sağ tərəfim işləmir. Polisə də müraciət etmişəm. Onun tutulub məsuliyyətə cəlb edilməsini tələb edirəm. Ancaq polis ifadəsini aldıqdan sonra sərbəst buraxıb".
DİN Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru Toğrul Nəsirli "Qafqazinfo"ya açıqlamasında bildirib ki, faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır: "Zərərçəkmiş olduğunu iddia edən Vüsal Əfəndiyev Vüsal İmanovun işçisi olub. O, işdə yol verdiyi nöqsanlara görə Vüsal İmanov tərəfindən işdən çıxarılıb. Dünən baş vermiş hadisə ilə bağlı polis əməkdaşlarının əlində videogörüntü var. Həmin videodan da görünür ki, Vüsal Əfəndiyev özünü maşının altına atır. Halbuki həmin avtomobil dayanmış vəziyyətdədir. Həmin şəxslərin bir-birlərinə münasibətdə problemləri var. Artıq ikinci dəfədir ki, o, bu məsələ ilə bağlı müraciət edir. Araşdırma aparılaraq məsələyə hüquqi qiymət veriləcək".
Mediainfo.az
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb



















































