Bakı şəhər Sabunçu rayonunda 2 nəfərin öldüyü dəhşətli qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Mediainfo.az-ın əldə etdiyi məlumata görə, Bilgəh qəsəbəsi, 28 May küçəsində 1977-ci il təvəllüdlü Abbasov Zakir Akif oğlunu çoxsaylı bıçaq zərbələri ilə öldürüb sonra intihar edən 1957-ci il təvəllüdlü Rzayev Sərvər Əlibaba oğlunun Ukrayna vətəndaşı olduğu müəyyənləşib.
İlkin araşdırmalar zamanı məlum olub ki, S.Rzayev xeyli müddət əvvəl ailəsi ilə birlikdə Ukraynaya köçüb və həmin ölkədə işləyib. Bir müddət sonra onun sinir sistemində xəstəlik yaranıb. Müalicə olunmaq üçün Bakıya qayıdan Sərvər Rzayevin yenidən Ukraynaya getmədiyini görən ailəsi də Azərbaycana köçüb. Lakin burada onun müalicəsi baş tutmayıb. Belə ki, S.Rzayev xarici ölkə vətəndaşlığını qəbul etdiyindən onun stasionar müalicəyə yazılması və ruhi-əsəb xəstəxanasında saxlanmasında əngəllər üzə çıxıb.
Geridə qalan müddətdə xəstəliyi daha da şiddətlənən Sərvərin ailəsində də söz-söhbətlər yaranıb. Son olaraq sentyabrın 22-də evdə bilək damarlarını kəsən kişi küçəyə çıxaraq əlindəki bıçaqla qarşısına çıxan ilk insan olan Zakir Abbasova zərbələr endirib. O, daha sonra yaxınlıqdakı transformator kabinəsinə daxil olaraq yüksək gərginlikli elektrik xəttinə toxunaraq intihar edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Mediainfo.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib



















































