Bakıda qəsdən sağlamlığa az ağır zərərvurmada təqsirləndirilən Qabil Tağıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Mediainfo.az "Ölkə.az"a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Bəxtiyar Məmmədovun icraatına verilib.
Qeyd edək ki, hadisə bu il fevral ayında Nobel prospektindəki evlərdən birində baş verib. Məlumata görə, 33 yaşlı Qabil Tağıyev 41 yaşlı Rübabə Nuriyevanın üstünə kerosin töküb və ona od vurub.
Xoşbəxtlikdən qadının köməyinə yetişiblər və onu Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Plastik və Rekonstruktiv cərrahiyyə klinikasına çatdırıblar. Qadının başı, boynu və əlləri yanıb.
Hadisə yerindən qaçan Qabil Tağıyev isə bir gün sonra Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar zamanı onun zərərçəkmişin dostu olduğu, tüfeyli həyat tərzi keçirdiyi və cinayət baş verən zaman hər iki şəxsin sərxoş olduğu məlum olub.
Qabil Tağıyevə qarşı Cinayət Məcəlləsinin 127.2.2-ci (qəsdən sağlamlığa az ağır zərərvurma xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham verilib.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































