Xəbər verdiyimiz kimi, tanınmış meyxana ustası Rəşad Dağlı bu gün səhər saatlarında qonşusu, keçmiş məhbus İskəndər Mehdiyevi ürəyindən bıçaqlayaraq qətlə yetirib.
Mediainfo.az bildirir ki, Rəşad Dağlı kimi tanınan Əmirov Rəşad Vaqif oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işinin qaldırılıb. Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.
Qeyd edək ki, sosial şəbəkələrdə qətlin səbəbləriylə bağlı müxtəlif mülahizələr isrəli sürülür. Tanınmış jurnalist, Prime TV-nin baş redaktoru Aygün Muradxanlı isə sensasiya sayılacaq iddia ilə çıxış edib. Jurnalist məlum qətldə İran izinin olduğunu bildirib:
"Rəşad meyxanaçılar içərisində İranı, Xamneyini, narkotikanı açıq hədəf alan tək adam idi. İran da onu zərərsizləşdirdi. Külli miqdarda narkotik satdırdığı, həbsxanada olmayan beynini yuduğu, 15 gün öncə azadlığa çıxan əlaltısı vasitəsilə. Allah Rəşadın qapısını açsın.
Öldürülən şəxs həbsdən çıxdığı 15 gündə Rəşada 37 dəfə zəng edib. Əcəba niyə? Uzun müddət ev-eşiyindən uzaq qalan bir adamın başqa işi-gücü olmayıb? İndi Rəşada yaxşı vəkil lazımdır"
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































