Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) müsəlman uşağın 13 il ərzində himayədar ailədə zorlanması hadisəsində Fransanı günahlandırıb.
Mediainfo.az xəbər verir ki, müsəlman ailəsində dünyaya gələn qız 1976-cı ildə, 5 yaşında "Yehovanın Şahidləri"nə mənsub olan xristian himayədar ailəyə övladlığa verilib. Xristian himayədar ailə uşağı övladlığa götürdüyünə görə “inanc azadlığı”nı qəbul edib. AİHM bildirib ki, Uşaq Sosial Xidmətləri həmin müddət ərzində xristian ailənin “dini neytrallıq müddəası”nı tətbiq edib-etməməklə bağlı prosesi nəzarətə götürmədiyi üçün “inanc azadlığı”prinsipini pozub.
Bundan əlavə, 13 il ərzində uşaq "himayədar ata" tərəfindən zorlanıb və cinsi zorakılığa məruz qalıb. Məhkəmə o qənaətə gəlib ki, Fransanın səlahiyyətli orqanları tərəfindən pis rəftarın aşkar edilməsi üçün qabaqlayıcı tədbirlər görülməyib.
Fransa hökuməti, qız yetkinlik yaşına çatdıqda məsələni məhkəməyə çatdırmaq tələbini rədd edərək, bunun "həddindən artıq formalizm" nümayişi olduğunu bildirib.
AİHM dini etiqad azadlığı və effektiv hüquqi müdafiə vasitəsi hüququnun pozduğunu bildirib və zərərçəkmişə dəymiş mənəvi ziyana görə 55 min avro ödənilməsi haqda qərar verib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































