1998-ci il aprelin 26-da Bakı Balıq hisləmə zavodunun 2 saylı sexində usta işləyən Mübariz Rəsulovun meyitinin aşkar olunması faktına görə həmin tarixdə Nəsimi rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95-ci maddəsi ilə (köhnə redaksiyada) başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Bu barədə Nəsimi rayon prokurorluğundan məlumat verilib.
İstintaqla müəyyən edilib ki, həmin zavodda qeyri-rəsmi mühafizəçi işləmiş Elnur Abbasov 1998-ci il aprelin 22-də, saat 23 radələrində aralarında yaranmış mübahisə zamanı işlədiyi sexdə Mübariz Rəsulova çoxsaylı bıçaq zərbələri yetirərərək onu xüsusi amansızlıqla öldürdükdən sonra törətdiyi cinayətin izlərini gizlətmək məqsədilə hadisə yerini təmizləyərək meyiti sexdəki soyuducuya qoyub.
Aparılmış istintaqla cinayətin Elnur Abbasov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilməsinə baxmayaraq onun ölkə ərazisini tərk etməsi səbəbindən cinayət məsuliyyətinə cəlb olunması mümkün olmayıb və barəsində axtarış elan edilib.
2022-ci il iyulun 1-də Elnur Abbasova 1998-ci ildə qüvvədə olan Cinayət Məcəlləsinin 94-cü maddəsinin 6-cı hissəsi ilə yenidən ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib.Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































