Şirvanda dələduzluq edən qadın saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən xəbərə görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində vətəndaşları dələduzluq yolu ilə aldadan və bununla da zərərçəkənlərin xeyli miqdarda pulunu mənimsəyən şəxsin saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat tədbiri həyata keçirilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini Ülviyyə Balayeva saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, Ü.Balayeva şəhər sakini olan bir vətəndaşın etibarından istifadə edərək, yüksək məvacibli yaxşı işlə təmin edəcəyi barədə vədlər verib və onun 10000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
Polis əməkdaşları həmin qadının digər analoji cinayətlərdə iştirakını da istisna etmir.
Əgər Ü.Balayevanın əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Şirvan ŞPŞ-yə məlumat vermələri xahiş olunur.
APA-nın əldə etdiyi xəbərə görə, Ülviyyə Balayeva saxlanılana qədər Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Şirvan bölməsinin sədri vəzifəsində çalışıb.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































