ABŞ-ın bir çox şəhərlərində iğtişaş və talançılıqla müşayiət olunan polis zorakılığına qarşı etiraz aksiyalarının davam etdiyi bir vaxtda Çikaqoda bir gündə rekord sayda qətl hadisəsi baş verib.
Mediainfo.az xəbər verir ki, Çikaqoda sutka ərzində 18 ölüm hadisəsi qeydə alınıb. Hüquq-mühafizə orqanlarının 1961-ci ildən bəri olan statistik məlumatlarına görə, 9 iyun tarixi Çikaqoda son 60 ilin ən qəddar günü olub. Bundan əvvəlki rekord 1991-ci il avqustun 4-də qeydə alınmışdı. Həmin gün 13 qətl hadisəsi baş vermişdi. Əgər 9 iyun statistikasına 29 və 30 may tarixlərində baş vermiş qətlləri də əlavə etsək, bunu Çikaqo tarixinin iki həftəlik müddət baxımından ən qanlı dövrü hesab etmək olar. Qətllərin təfərrüatları məlum olmasa da, mütəxəssislərin çoxu və hüquq-mühafizə orqanlarının əməkdaşları bunun cinayətkar ünsürlər tərəfindən törədilən iğtişaşlarla, nəzarət olunmayan soyğunçuluq hadisələri ilə əlaqələndirirlər.
Çikaqoda qətl hadisələrinin dərəcəsi ABŞ-ın digər şəhərləri ilə müqayisədə daha yüksək olsa da, son illər müəyyən azalma müşahidə edilir. Belə ki, 1990-cı illər ərəfəsində burada ildə 900 qətl hadisəsinin baş verməsi adi hal idi. 2018-ci ildə 561, 2019-cu ildə isə 492 qətl hadisəsi qeydə alınıb.
Mediainfo.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib



















































