“Sahil-S İnşaat” Mənzil Tikinti Kooperativinin vəzifəli şəxsləri barəsində başlanmış cinayət işinin istintaqı davam etdirilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən Mediainfo.az-a verilən məlumata əsasən, “Sahil-S İnşaat” Mənzil Tikinti Kooperativinin sədri Alaverdiyev Taley Şamil oğlunun digərləri ilə əlbir olaraq MTK-nın paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “A-B” massivində inşa etdiyi yaşayış binasında eyni mənzili bir neçə şəxsə satmalarına dair vətəndaşlardan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət daxil olub.
Müraciətlər əsasında Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə zərər çəkmiş şəxslərin dindirilməsi, cinayəti törətmiş bütün təqsirkar şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətlərinin həyata keçirilməsi davam etdirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu “Sahil-S İnşaat” MTK-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri nəticəsində zərər çəkmiş şəxslərə müraciət edərək, 961 nömrəli Çağrı Mərkəzi, 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzi, o cümlədən Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələri vasitəsilə dərhal məlumat verilməsini xahiş edir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































