Bir neçə gün öncə Bakıda 38 yaşlı Gülnar Qaraxanova 2 azyaşlı övladı qətlə yetirilib. İddialara görə, hadisədən əvvəl qonşular polis çağırıb. Lakin polis əməkdaşları səs-küyü eşitsələr də, münaqişəyə müdaxilə etməyiblər. Onlar ailə münaqişəsinə müdaxilə etmə hüquqlarının olmadığını bildirib.
Medıaınfo.az xəbər verir ki, Yenisabah.az-a açıqlamasında hüquqşunas Şamil Paşayev polislərin səlahiyyətlərinin kifayət qədər geniş olduğunu deyib:
“Cinayət Məsələsinə əsasən, Azərbaycanda polislərin səlahiyyəti kifayət qədər genişdir. "Əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi haqqında" Qanun polisə kifayət qədər geniş səlahiyyətlər verir. Polislər qanunvericilikdə əks olunan tələblərə riayət etsə, hər şey daha da yaxşı ola bilər. Xüsusi səlahiyyətlərə, yaxud səlahiyyətlərin artırılmasına ehtiyac yoxdur.
Bəli, qanunvericiliyinə görə, vətəndaşın mənzil toxunulmazlığı var. Lakin qanunvericilikdə o da göstərilir ki, baş verə biləcək cinayətin qarşısı alınmalıdır. Bunun üçün polisə nə order, nə də məhkəmə qərarı lazımdır. Polisin birbaşa vəzifəsi vətəndaşın təhlükəsizliyini qorumaqdır.
Əgər bir evdə səs-küy varsa, cinayət olmasa belə, inzibati pozuntuya şərait yaradır. Polis həmin mənzilin qapısını döyüb qonşuları narahat etdiyinə görə izahedici tədbir görə bilər. Hətta vətəndaşı polisə də dəvət etmək mümkün idi.
Bu cür hadisələrə hətta vətəndaşlar da müdaxilə edə bilər. Çünki bu, vətəndaşlıq borcumuzdur”.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































