“Tərtər işi” çox ciddi məsələdir. Mən qulaq asıram ki, o zərərçəkənlərə necə də işgəncələr, əziyyətlər veriblər, dəhşətə gəlirəm. Bu işgəncələri verən 4 nəfər sadəcə icraçıdırlar. Bu işin başında duran şəxslər var və onlar həbs olunmalıdır.
Mediainfo.az xəbər verir ki, bu sözləri Bakupost.az -a millət vəkili Vahid Əhmədov “Tərtər işi” ilə bağlı 4 nəfərin həbs olunmasından danışarkən deyib.
Onun fikrincə kimlərsə, öz çirkin əməllərini həyata keçirmək üçün bunu ediblər: “Söhbət yalnız insanlara verilən əzab-əziyyətdən yox, həm də Azərbaycan Ordusunda baş verən bu özbaşınalığın aradan qaldırılmasından gedir. Faktiki olaraq Azərbaycan Ordusunda belə işgəncə hallarına yol verilib və kifayət qədər zərərçəkən var. Onların sayı da günü-gündən artır. Ona görə də, bu, məsələni boş buraxmaq olmaz. Dövlət başçısına minnətdarlığımı bildirirəm ki, bu işi yenilədi. Azərbaycan Ordusunun dünya ordu sıralarında öz yerini tutması üçün kifayət qədər vəsaitlər ayrılıb. Eyni zamanda ordu dövlət başçısının həmişə diqqət mərkəzində olub”.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































